!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Evin kişisi deyir ki, öz nömrəmi verirəm, amma xanımın və qızımın nömrəsi olmaz” – Partiya sədri

!Reklam – Yazi

“Bizim də maddi sıxıntılar üzündən yerli təşkilatlarla əlaqələrimiz ya zəifləyib, ya da tamamilə itib”.

Bu fikirləri “Siyasi partiyalar haqqında” yeni qanuna uyğunlaşma prosesinin gedişində qarşıya çıxan problemlərdən danışan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni qanunun tələbləri işlərini xeyli artırsa da, prosesi yekunlaşdırmağa çalışacaqlar:

“Yeni qanunun təsdiqlənməsindən sonra üzvlərin sayını beş min nəfərə çatdırmaq məsələsində işimiz elə də rahat getmir, çətinliklərimiz çoxdur.

Əsas çətinliyimiz bizim xalqın mentaliteti ilə bağlıdır. Məsələn, bir ailə bizim partiyanın üzvüdür. Amma qeydiyyat üçün telefon nömrələrini yazmaq lazım gələndə, evin kişisi deyir ki, öz nömrəmi verirəm, amma xanımın və qızımın nömrəsi olmaz.

Digər tərəfdən, ölkədəki partiyalar uzun müddət öz üzvlərinin sayını artırmaqla məşğul olmayıblar. Bizdə də maddi sıxıntılar üzündən yerli təşkilatlarla əlaqələrimiz ya zəifləyib, ya da tamamilə itib. İndi onların təsnifatını aparmaq asan deyil.

Bildiyim qədər, partiyaların çoxu bu problemlə üz-üzədir. Ona görə də bir sıra partiyaların təkrar qeydiyyatdan keçəcəyi indidən şübhə doğurur”.

A.Zeynalov

www.yenicag.az

609
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv