!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Evindən çıxanlar DƏHŞƏT SAÇIR: 40-a yaxın it-pişik, 20-dən çox heyvan cəsədi, 12 ton zibil... - +13 VİDEO

!Reklam – Yazi

Türkiyənin Muğla vilayətində yaşayan qadının evində 20-dən çox it və pişik cəsədi tapılıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Marmaris Respublika Prokurorluğunun koordinasiyasında aparılan axtarışlar zamanı Hikmət Akarca adlı şəxsin evində 20-dən çox ölən it və pişiyin çürümüş leşləri aşkarlanıb. Bundan əlavə, qadının evində 27 it və 10 pişik olduğu da müəyyən edilib.

Qadın ifadəsində “Heyvanların Qoruma Dərnəyi”nin üzvü olduğunu, ölən it və pişiklərin yaşlarının çox və ya xəstə olduqlarını qeyd edib.

“Əksəriyyəti qocaldığı üçün xəstələndi və öldü. Heyvanları yaşadığım yerin bağçasında basdırdım. Basdıra bilmədiyim heyvanları torbalara yığıb evimin üst mərtəbəsinin eyvanına qoydum. Onları bura qoymağımın səbəbi yaşıma görə özüm dəfn edə bilməməyimdir. Buna görə də bələdiyyəyə məlumat verdim və onların gəlib götürmələrini gözləyirdim”, – deyə bildirib.

Qeyd edilib ki, xilas edilən 27 it və 10 pişik Marmaris Bələdiyyəsinin Heyvan Sığınacağına aparılıb. Bələdiyyə qrupları tərəfindən evin bağçasında aparılan təmizlik işlərində 12 ton zibil yığılıb. Qadın isə 3 həftəlik müddətə Manisa Ruhi Əsəb Xəstəxanasına göndərilib.

www.yenicag.az

3151
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv