Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Evlənmək istəyən gənclər üçün növbəti tibbi yenilik

2015-06-01-15-18-56nikooos“Yaxın illərdə nikaha daxil olmaq istəyən çütlüklərin müayinəsi üçün analizlərin sayı artırılacaq”.
Bu sözləri Səhiyyə Nazirliyinin baş hemotoloqu Çingiz Əsədov bilidirb. O, qeyd edib ki, nikaha daxil olmaq istəyən cütlüklər hepatitlərin bütün növlərinə görə müayinədən keçiriləcək:

“Artıq talassemiyaya qarşı ciddi addımlar atılır. Yaxşı cihazlarımız və reaktivlərimiz var. Hazırda SPİD və sifilisə görə analizlər götürülürsə, gələcəkdə hepatit virusuna görə analizlərin götürülməsi gözlənilir. Yoxlamalar nəticəsində 6 nəfər talassemiya daşıyıcısının hamilə qadığı məlum olub. Onlardan yalnız birinə hamiləliyin dayandırılması tövsiyyə olunub”.

O qeyd edib ki, əgər dölün xəstə olacağı müəyyənləşirsə, hamiləliyin dayandırılması tövsiyyə olunur.
“Artıq bununla bağlı bir nəfər müraciət edib. Həmin cütlük İsmayıllıdandır. Onlar artıq rayonda hamiləliyin dayandırılmasını həyata keçiriblər”.

www.yenicag.az

393