!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Evlilik saytlarında tanış olduğu 15 nəfərlə evləndi

!Reklam – Yazi

Hindistanda evlilik saytları vasitəsilə tanış olduğu 15 qadınla evlənən 35 yaşlı kişi saxlanılıb.

Yenicag.az xəbər verir ki, “Hindistan Times” qəzetinin məlumatına görə, şübhəli Mahesh KB Nayak qadınları evlənməyə razı salmaq üçün özünü həkim və ya mühəndis kimi təqdim edib.

Dul qadınları hədəfə alan Nayakın 2014-cü ildən bəri 15 qadınla evləndiyi və onların dördündən uşaq sahibi olduğu açıqlanıb.

Həmçinin qeyd olunub ki, Nayak hətta ibtidai məktəb məzunu olmasa da, özünü həkim kimi təqdim edərək tanış olduğu qadınları təsirləndirməyə çalışıb, klinika açmaq üçün qadınlardan pul istəyib.

Polisin verdiyi məlumata görə, o, Tumakuru şəhərində bu il evləndiyi 45 yaşlı proqram mühəndisi qadının şikayəti ilə saxlanılıb.

www.yenicag.az

258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv