!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Evsizlər üçün ipoteka əlçatmazlığı: "Faizlər aşağı salınmalıdır"

!Reklam – Yazi

“Ölkədə əhalinin böyük hissəsi nəğd şəkildə mənzil almaq iqtidarında deyil”.

Bu sözləri ipoteka krediti ilə satılan mənzillərlə bağlı vəziyyəti dəyərləndirən əmlak eksperti Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

Ekspert vurğulayıb ki, hazırda sözügedən sahədə vəziyyət heç də ürəkaçan deyil:

“Mövcud şəraitdə ipoteka kreditlərinin faizləri artıb, həmçinin ipotekaya yararlı mənzillərin sayı da azdır. Ölkədə əhalinin böyük hissəsi 500-600 manat civarında əməkhaqqı alır və onlar bu vəsaitlə mövcud şərtlər çərçivəsində mənzil almaq iqtidarında deyillər. Köhnə “Xruşovka” tipli beşmərtəbə binalar isə istismar müddətini bitirdiyi üçün onları ipoteka vasitəsilə əldə etmək mümkün deyil. Bu baxımdan ipoteka kreditindən yararlana bilməyən vətəndaşlar əlavə borca girərək mənzil almaqdansa, əlindəki pul ilə müəyyən kiçik ölçüdə mənzil almağa daha çox üstünlük verirlər. Hazırda paytaxt ərazisində yeni tikili binaların qiyməti 250-500 min manat civarındadır. Bu binaların isə öz alıcıları var.

Ümumilikdə əmlak bazarındakı mövcud problemləri tənzimləmək üçün nəzarət mexanizmi olmalıdır. Bununla yanaşı, əhalinin mənzil probleminin həlli üçün şərtlər sadələşdirilməli, faizlər aşağı salınmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

2109
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv