!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Evsizlik problemi və zərərə uğrayan vətəndaşlar: "Pilot layihələrdə qiymətlər süni surətdə artırılır"

!Reklam – Yazi

“Bazardakı mənzil qiymətləri alıcıların aylıq maaşı ilə üst-üstə düşmür”.

Bu sözləri mənzillərin qiymətində müşahidə olunan artıma münasibət bildirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, əmlak sahəsindəki problemlər hələ də qalmaqdadır. Nəticədə ev sahibi olmaq istəyən əksər vətəndaşlar kimi, tikinti şirkətləri də mövcud vəziyyətdən narazıdır:

“Keçən ildən etibarən dəyişən heç nə yoxdur. Yəni, proses eyni xətt üzərindən davam edir. Tikinti materialları bahadır, tikintilər isə bu il də pilotlar üzərindən aparılacaq. Pilot layihələrdə qiymətlər süni surətdə artırılır. Süni sürətdə qalxmış qiymətlərin enməsi vacibdir. Çünki qiymət qalxdıqda ev almaq insanlar üçün əlçatmaz olur. Bu baxımdan bütün şirkətlər də bazarda stabillik olmasını gözləyir. Bu gün hansısa şirkət Bakının mərkəzi ərazisində bir bina inşa etsə, məcbur kvadratını 1800 manata satmalıdır. Amma həmin ərazidə ötən illərdən tikilmiş hazır kvadratı 1200-1300 manatlıq mənzillər var. Reallıq budur ki, bazardakı mənzil qiymətləri alıcıların aylıq maaşı ilə üst-üstə düşmür. Belə ki, minimal və orta əməkhaqqı alan bir vətəndaş kreditlə də mənzil ala bilmir. Çünki kredit şərtləri onun aldığı məvaciblə uzlaşmır”.

Elnur Fərzəliyev vurğulayıb ki, ucuz qiymətə ev almaq istəyənlərin diqqətini yataqxana tipli binalarda satışa çıxarılan mənzillər cəlb edir. Bura həm sovet dövründən qalma ailə yataqxanaları, həm də tələbə yataqxanalarında olan mənzillər aiddir:

“Sözügedən mənzillərin alışı zamanı sənədlərə baxmaq mütləqdir. Əgər həqiqətən elektron çıxarışda onu satan şəxsə tam mülkiyyət verilibsə və bina aid olduğu müəssisənin balansından çıxıbsa, həmin mənzil vətəndaşın özəl mülkiyyəti sayılır. Əgər bu sadalananlar yoxdursa, bu tip binalardan ev almaq olduqca risklidir. Bu, daha çox tələbə yataqxanalarına aiddir. Ümumilikdə yataqxana tipli binalardakı mənzillər əmlak sahəsində ölü kapital kimi qiymətləndirilir. Onların yenidən satışa çıxarılaraq pula çevirilməsi digər mənzillərdən daha çətin olur”.

Gülşən Şərif

www.yenicag.az

629
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv