!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Əvvəllər bir-iki dəfə atəşkəs pozulurdusa, bundan sonra kütləvi hal alacaq" - TƏHLİL

!Reklam – Yazi

“İndi bir-iki yerdə atəşkəs pozulurdusa, bunu kütləvi müşahidə edəcəyik”.

Bu fikri Azərbaycan və Ermənistan arasında baş verən gərginlik və bunun səbəblərini şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bildirib ki, Ermənistan yaratdığı gərginliklə sülh sazişindən yayına bilir:

“Ya siyasilər anlaşmalıdır, ya da hərbçilər öz sözlərini deməlidir. Biz o mərhələni yaşayırıq ki, siyasilər anlaşa bilmir. Azərbaycanın sülh sazişinə dair verdiyi təklifləri Ermənistan qəbul etmir, bunu uzadır. Azərbaycanın isə gözləmə limiti yoxdur.

Sülh sazişini imzalamamaq, Zəngəzur dəhlizinin açılmamasını əsaslandırmaq üçün Ermənistana rıçaklar lazımdır. Bu rıçakları da hərbçilərin əli ilə gerçəkləşdirəcəklər.

Naxçıvan istiqamətində zavodda, Sədərəyə 800 metr məsafədə ABŞ bayrağının dalğalandırmağın məqsədi nə ola bilər? Niyə indi və orada? Plan belə qurulub ki, ABŞ Azərbaycana qarşı siyasi düşərgəyə qoşulsun.

Ermənistanın müdafiə naziri böyük heyətlə Fransadadır. Fransada silahların satınalınması departamenti görüş keçirilir. Növbəti mərhələdə Ermənistanın Fransa tərəfindən hərbi-texniki avadanlıqlarla təmin edilməsi yönündə müqavilələr imzalanacaq.

Çox güman ki, Rusiya Ukrayna müharibəsi nəticəsində zəifləsə və bölgədən geri çəkilsə, Fransa dərhal Ermənistana hərbi gücünü yerləşdirəcək. Azərbaycan tərəfindən bu, qəbulolunmazdır. Çünki üçüncü bir gücün Ermənistanda olması sonda Azərbaycana qarşı istifadə edilə bilər.

Ermənistanın Azərbaycan sərhədinə və sərhədçisinə atəş açması o deməkdir ki, rəsmi İrəvan gərginlikdə maraqlıdır. Ermənistan bu gərginliklə sülh sazişindən uzaqlaşır. Ermənistan sülh sazişi imzalamağa hazır deyil. Hazır olmadığı üçün də bunu sahədəki hərbi güclə imitasiya etməlidir. Qarabağda Rusiya sülhməramlıları müddətlərinin uzadılması üçün Azərbaycana təzyiq edirlər. Onlar bunu Qarabağdakı ermənilərin əli ilə etməlidirlər. Rusiya atışmaların, gərginliyin dozasını artıracaq. İndi bir-iki yerdə atəşkəs pozulurdusa, bunu kütləvi müşahidə edəcəyik”.

Səxavət Məmməd

www.yenicag.az

690
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv