!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əvvəllər fövqəladə vəziyyət olsa da, bu mikrob zəhrimar yox idi...” – Pənah Hüseyn

!Reklam – Yazi

“Hazırda qəbul olunan qərarlar kifayət qədər sərt olsa da, insanların evdən çıxmasını tam məhdudlaşdırmaq çətindir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında əhalinin ölkədə tətbiq olunmuş karantin rejiminə nə dərəcədə riayət etməsinə münasibət bildirən Xalq Partiyasının (AXP) sədri, sabiq baş nazir Pənah Hüseyn deyib.

Pənah Hüseynin fikrincə, hazırda məlum qaydaların tətbiqi ölkədə faktik fövqəladə vəziyyət yaradıb:

“Hal-hazırda xüsusi karantin rejimi elan olunub və bu, faktik olaraq, fövqəladə vəziyyət deməkdir. Fövqəladə vəziyyətdə sutkanın 24 saatı evdən çıxılma çox nadir hallarda olur, komendant saatı elan edilir. İndi isə tam 24 saatı əhatə edən məhdudiyyətlər var.

Azərbaycanda əslində, ötən zamanlarda da fövqəladə vəziyyət olub, ancaq o zaman qat-qat yumuşaq idi, çünki bu mikrob zəhrimar yox idi. Bizim hakimiyyətimiz zamanında da fövqəladə vəziyyət rejimi tətbiq edilmişdi. Ümumiyyətlə, 1997-ci ilə qədər də ölkədə bir neçə dəfə fövqəladə vəziyyət olub.

Amma heç bir halda həyatı tam dondurmaq mümkün deyil. Tədbiq olunan mövcud məhdudlaşdırıcı qaydalar prinsip etibarilə, yetərlidir. Əsas məsələ insanların bu qaydalara etmələridir. Küçələrdə insanların sayının xeyli azaldığı müşahidə olunur”.

AXP sədri indiki vəziyyətdə məhdudlaşdırıcı qaydalarla yanaşı, insanların həyat şəraitinin nəzərə alınmasının vacib olduğunu da vurğulayıb:

“Büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin maaşları veriləcək. Əsas məsələ büdcədən maaş almayanlar, təqaüdçülər, xəstələr, dərmana ehtiyacı olanlardır. Bu vəziyyət uzun müddət davam etsə, ciddi problemlər meydana çıxa bilər. Müəyyən hazırlıqların getdiyi deyilir, ancaq ortada hamını rahatladan konkret qərar yoxdur. Vəziyyət belə davam edərsə, müəyyən məsələlərin həlli sürətləndirilməlidir, ərzaq təminatına diqqət artırılmalıdır. Bu cür məsələləri həll etmək o qədər də asan deyil.

Biz də bir vətəndaş olaraq, üzərimizə düşən bir məsələ olarsa, onu yerinə yetirməyə hazırıq. Qohum-əqraba ilə, yaşlı insanlarla əlaqə saxlayıram, onlara nə kömək lazım olduğunu soruşuram. Siyasətçi, publik şəxs olaraq, nə kömək edə biləcəyimizi müəyyənləşdiririk. Bu işdə canfəşanlığa da ehtiyac yoxdur. İnsanıq, vətəndaşıq elə məsələlər var ki, onun üçün qanun qəbul etməyə ehtiyac yoxdur, üzərimizə düşəni etməliyik”.

Pənah Hüseyn şəxsən özünün karantin rejiminin tələblərinə tam əməl etdiyini deyib:

“Dua edirik ki, bu vəziyyət tezliklə aradan qalxsın. Çalışırıq ki, qaydalara tam əməl edək. Bir qayda olaraq, əvvəllər alış-veriş işlərinə baxmamışam. Ancaq indi ərzaq ehtiyacı olanda, nəvələrim yox, özüm gedirəm. Mənim mövqeyim budur ki, karantin qaydaları məlumdur və buna qeyri-şərtsiz əməl etmək lazımdır”.

Səxavət Məmməd

www.yenicag.az

751
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv