!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Əxlaqına bələd olmadığım…” - Nazilə hansı məşhura görə Zaur Kamalla 12 il küsülü qalıb?

!Reklam – Yazi

“Adama sözü bir dəfə deyib haqlı olduğumu bildirərəm, İnanırsan, inan, inanmırsan, qaragora inan”.

Bunu küsülü olduğu sənətçilərlə bağlı danışarkən şairə Nazilə Səfərli Yenicag.az-a açıqlamasında deyib.

Nazilə yalnız bir halda insanları bağışlamadığını bildirib:

“Sənət cameəsində küsülü olduqlarımla artıq küsülü kimi davranmıram. O əvvəllər idi, saf yerimə düşürdü. Küsürdüm, bağışlamaq istəmirdim. O ki qaldı müğənnilərə, onlarla heç bir alverim olmadığı üçün kimlərləsə küsülü olmaq niyyətim də yoxdur. Yerimi bilirəm sadəcə. Baxıram, o adamla münasibət lazımdır, ya yox. Yox əgər görürəmsə ki, o adam hələ həyatda özünü tapmayıb, obrazdadır, orijinal xasiyyətimi ona qurban verə bilmirəm. Danışmadığım insanlar olur, toyda elə qəşəng də təqdim edirəm. Çünki muzdluyam və insanlara küsülü olduğumu biruzə vermirəm. Küsülü deyəndə ki, adam adamdan niyə küsər. Ətrafıma, dostlarıma, hətta ailəmə belə tək bir şeyi bağışlamıram-hansısa dostumun yanında biri cürət edib qeybətimi qırdığı halda. Qeybətimi qıranla münasibətimi davam etdirərəm, amma buna şərait yaradanı heç vaxt bağışlamıram”.

Nazilə sənət cameəsində küsülü olduğu və sonradan barışdığı aparıcının adını da çəkib:

“Elə bir aparıcı olub ki, 12 il küsülü olmuşam. Zaur Kamalı deyirəm, onunla köhnə dost olmuşuq. Elə bir insana görə dalaşmışdıq ki, onu müdafiə etməyə dəyməzmiş.O barışıq addım atıb, mən onda etiraf etdim ki, bəli, səhv məndə olub. Əxlaqına bələd olmadığım adamı müdafiə etdiyim üçün dalaşdıq. Sonra o deyən oldu, amma barışmadım. Çünki keçi kimi inadkaram. Onun yerinə ki, dalaşdım, sonra onlar uzun illər dostluq etdilər. O qadın tərəfindən ikiüzlülük oldu. Mən də addım atmadım, barışmadım. Elə adam var haqlı, ya haqsız, israrla özünü sübut etməyə çalışır. O, yaxşı xasiyyətdir. Amma mən adama sözümü bir dəfə deyib haqlı olduğumu bildirərəm, İnanırsan, inan, inanmırsan, qaragora inan. Belə xasiyyətim var. 15 il də keçsə, o söhbəti açmıram, səbəb də budur ki, sən mənim səmimiyyətimə inanmamısan. And içib, diz çökəsi deyiləm ki… Deyirəmsə, bu belədir, demək ki, belədir”.

Cəvahir

www.yenicag.az

893
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv