!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əyləc”ə çevrilən Ermənistan Konstitusiyası: “Həmin sənədə düzəliş edilməyənə qədər...”

!Reklam – Yazi

“Hər halda, fərqli yanaşmalar sülh müqaviləsinin imzalanmasında əyləc rolunu oynayır”.

Bu fikirləri Azərabycanla Ermənistan arasında izamlama prosesinin yaxın perspektivində ehtimal olunan gedişatı şərh edən politoloq Elşən Manafov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, münasibətlərin normallaşdırılması üçün Azərbaycanın Ermənistan qarşısında irəli sürdüyü əsaslı şərtər var:

“Azərbaycanın son zamanlar qarşı tərəfə yönəlik əsas tələblərindən biri Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklərin həyata keçirilməsidir. Çünki Ermənistanın müstəqillik haqqında bəyannaməsində Azərbaycana, eləcə də Türkiyəyə qarşı ərazi iddiaları yer alıb.

Nə qədər ki həmin sənədə düzəliş edilməyib, bu amil o vaxta qədər sülh müqaviləsinin imzalanmasının qarşısında maneə olaraq qalacaq. Bunun üçün isə referendumu gözləmək lazımdır. Sülh danışıqları çərçivəsində atılmalı olan ilk addımlardan biri məsələyə fərqli yanaşma sərgiləyənlərin ortaq məxrəcə gəlməsidir.

Hər halda, fərqli yanaşmalar sülh müqaviləsinin imzalanmasında əyləc rolunu oynayır. Belə olan təqdirdə isə ortadakı ziddiyyətlərin aradan qaldırılması üçün xarici işlər nazirləri səviyyəsində danışıqların aparılmasına ciddi ehtiyac var”.

Nəsimi Ələsgərli

www.yenicag.az

427
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv