!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əyləncə məkanlarında TƏHLÜKƏLİ ATƏŞFƏŞANLIQ: “Priotexniki vasitələrin istifadəsi ilə bağlı...”

!Reklam – Yazi

“Belə halların qarşısının alınması üçün restoranlarda və şadlıq saraylarında adiyyatı qurumlar tərəfindən mütəmadi yoxlamalar həyata keçirilməlidir”.

Bu fikirləri əyləncə məkanlarında və şadlıq saraylarında alovlu şouların təşkil edilməsinin yaratdığı risklər barədə danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev Yenicag.az-a açıqlamasında deyib.

 

Onun sözlərinə görə, qapalı məkanlarda bu cür vasitələrdən istifadə yanğın riski ilə yanaşı, insanların həyatı və sağlamlığı üçün də təhlükə yaradır:

“Restoranlar, şadlıq sarayları, ictimai iaşə obyektlərində və ümumilikdə bütün qapalı məkanlarda priotexniki vasitələrin istifadəsi qadağandır. Bu cür priotexniki vasitələr siniflər üzrə ayrılır. Daha yüngül siniflərə məxsus olan vasitələr təhlükəsizlik qaydalarına əməl edilməklə açıq məkanlarda istifadə edilə bilər. Bu vasitələrin sertifikatları, lisenziyaları və istehsal məlumatlarının olması vacibdir.

Buna baxmayaraq, biz restoran tipli məkanlarda, şadlıq saraylarında alovlu şouların və priotexniki vasitələrdən geniş istifadənin şahidi oluruq. Təhleükəni artıran məqamlardan biri də həmin vasitələrin təcrubəsi olmayan şəxslər tərəfindən istifadə edilməsidir. Qapalı məkanlarda bu cür vasitələrin istifadəsi yanğın riski ilə yanaşı, insanların həyatı və sağlamlığı üçün də təhlükə yaradır.

Belə halların qarşısının alınması üçün restoranlarda və şadlıq saraylarında adiyyatı qurumlar tərəfindən mütəmadi yoxlamalar həyata keçirilməlidir. Mən təklif edirəm ki, bu cür priotexniki vasitələrin istifadəsi ilə bağlı xüsusi lisenziyalaşmış təşkilatlar yaradılmalı və onlara müvafiq dövlət qurumları nəzarət etməlidir. Bu təşkilatlarda xüsusi təlim keçmiş şəxslər olmalı və priotexniki vasitələr yalnız həmin şəxslər tərəfindən istifadə edilməlidir”.

Nuray Məmmədzadə

www.yenicag.az

305
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv