!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Eynallı kəndində şəhidlərimizin xatirəsinə abidə-bulaq kompleksi açıldı - FOTO

!Reklam – Yazi

Eynallı kəndindən olan Vətən müharibəsi şəhidimiz Zöhrab Natiq oğlu Abbasovun şəhadətə ucalmasının ildönümü qeyd olunub.

Şəhidimizin anım günündə ailəsi ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib. Z.Abbasov və digər şəhidlərimizin adını əbədiləşdirmək üçün  inşa olunmuş abidə- bulaq kompleksinin açılışı olub.

17.09.2001-ci il tarixində Eynallı kəndində anadan olan Zöhrab Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri kimi iştirak edib. O, Suqovuşanın azadlığı uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına savaşıb. 2020-ci il oktyabrın 13-də Suqovuşan döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Öz doğma kəndində dəfn olunan şəhidimiz “Vətən uğrunda” medalı ilə təltif olunub.

www.yenicag.az

434
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv