!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Eynulla Fətullayevdən Əvəz Zeynallıya ağır ittiham: “Həbsdə olan iş adamından…”

!Reklam – Yazi

Şənbə günü, sentyabrın 3-də jurnalist Əvəz Zeynallı həbsdə olan iş adamının ailəsindən şantaj, hədə-qorxu və böhtan yolu ilə 20 min manat pul alıb.

Haqqın.az xəbər verir ki, məmurların və hakim elita nümayəndələrinin ardıcıl tənqidçisi kimi çıxış edən jurnalist dəfələrlə həmin biznesmenin də fəaliyyətini tənqid edib, şantaj və hədə-qorxu ilə ondan pul almağa çalışıb.

Bu dəfə isə Zeynallı daha da irəli gedərək həbsdə olan iş adamının ailəsinə və övladlarına böhtan atıb.

O, tənqidləri dayandırmaq müqabilində pul almağa nail olub. Lakin Zeynallı üzərinə düşən öhdəlikdən boyun qaçırıb. Pul “mükafatı” alan media təmsilçisi tənqidlərinə ara verməyib. Buna cavab olaraq iş adamının yaxınları pulu geri tələb ediblər.

Jurnalist isə buna cavab olaraq bəyan edib ki, o, biznesmeni tənqid deyil, təbliğ edib. Biznesmenin “qurban” obrazını yaradıb və bu işi davam etdirəcək. Amma qarşı tərəf etiraz edərsə, razılaşdırılmış məbləği qaytara bilər.

Rasim Məmmədovun vəkili Elçin Sadıqov isə Gununsesi.info-ya açıqlamasında bu haqda deyib:

“Mən də bu xəbəri oxuyandan sonra Rasim Məmmədovun ailəsi ilə əlaqə saxladım. Ancaq onlar bu iddianı birmənalı olaraq təkzib etdi.  “İadə” ifadəsində heç bir puldan söhbət getmir. Ailə bu xəbərə görə ciddi narahat olub. Orada Rasim Məmmədovun günahsızlığını özündə əks etdirən konkret sənədlərdən söhbət gedir. Əvəz bəy həmin sənədləri qaytarmasını nəzərdə tutub”.

Əvəz Zeynallı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sabah bu barədə özü geniş açıqlama verəcək.

Elçin Sadıqovun açıqlamasına haqqin.az saytının rəhbəri Eynulla Fətullayev isə “Elə etmə ki, sənin də səsini yayım!” deyə reaksiya verib.

***

08.09.2022 / 11:29

“Xural TV”nin rəhbəri Əvəz Zeynallı “Haqqin.az” saytının baş redaktoru Eynulla Fətullayevin onun haqqındakı iddialarına münasibət bildirib.

Yenicag.az xəbər verir ki, Əvəz Zeynallı bildirib ki, sözügedən səs yazısında söhbət sənədlərdən gedir:

“Elçin Sadıqov dedi ki, mən səndən maksimum dəstək istəyirəm. Heç olmasa, vurma (Rasim Məmmədovu – red.). Yəni ölümünə vurma. Mən də dedim ki, yalnız xəbərləri oxuyaram.

Bəzi özəl sənədlər verdi mənə. Dedi, sən bundan istifadə elə, hamıdan təsirlisən. Mən də dedim, hər şeyi verəcəm. Məndən çox yüksək gözləntiniz olmasın.

Mən Rasim Məmmədov haqqında yazını verdim. Elçinin xahişi olmasaydı, çox daha sərt danışardım. Azərbaycanın metallurgiya biznesini dağıdıb adam.

Eynulla Fətullayevin bu hərəkəti adamın qəsdinə durmaqdır. Rasim Məmmədovu satır indi də. Daha güclüyə, daha pulluya satır. Eynulla üçün sağ, diri, pullu adam lazımdır.

11:30-cu dəqiqədən (Rasim Məmmədovla bağlı etdiyi yayımı nəzərdə tutur – red.) deyirəm, məndə çox ciddi sənədlər var. Mən o sənədlərdəki faktları təqdim edəcəm. Vəssalam.

Dünən canlı yayımların arasında mənə Elçindən bir mesaj gəldi: “Qardaş, məni biabır elədin”. Eynən beləcə. Götürüb Elçinə bir cavab yazdım. Çox əsəbiləşdim. Mən dedim, bunu müdafiə eləməliydim? Dedim, əgər xoşlarına gəlmirsə, gəl qaytarım, iadə edim, çıx get. Gərək deyəydim ki: “Elçin, zəhmət olmasa, gəl, sənədlərini götür, get”.

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv