Ankara və Vaşinqton arasında 5-ci nəsil F-35 qırıcı təyyarələrinin alınması barədə saziş qüvvədə qalır.
Yenicag.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Mayk Pompey ilə görüşündən sonra bildirib.
Onun sözlərinə görə, ilk F-35 təyyarəsi Türkiyəyə iyun ayının 21-i veriləcək:
“Biz Amerika tərəfinə bildirdik ki, ABŞ konqresinin istifadə etdiyi hədə-qorxu dilini qəbul etmirik, bu, qeyri-konstruktivdir. İlk F-35 təyyarəsi əvvəl planlaşdırıldığı kimi bizə iyunun 21-i veriləcək. Bu mövzuda heç bir dəyişiklik yoxdur”.