!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Facebook"un link qısıtlaması: Platformanın mediaya açdığı savaş - ŞƏRH

!Reklam – Yazi

“Bu tendensiya davam edərsə, yaxın illərdə “Facebook” geriyə gedən sosial şəbəkə olacaq”.

Bunu “Facebook” sosial şəbəkəsinin media, xüsusilə də xəbər saytları üçün tətbiq etdiyi məhdudiyyətlərin platformaya mümkün təsirindən danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, müdia eksperti Hacıbəy Heydərli Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, sosial şəbəkələr yarandığı ilk gündən etibarən internet mediaya, xəbər saytlarına rəqib olub:

“Sosial şəbəkələrin üstünlüyü var. Çünki xəbər saytları və media burada öz xəbərlərini paylaşmaq, reklam etmək imkanı qazanıb. Bu baxımdan, hər iki tərəf xeyir güdürdü. Nəticədə münaqişə yaranmırdı. Ancaq son illər xüsusən “Facebook” sosial şəbəkəsində xəbər linklərinə qarşı qıcıq formalaşıb. Beş-altı il öncə “Faceboom”un “YouTube” linklərini göstərmədiyini müşahidə edirdik. Səbəb isə aralarındakı rəqabət idi.

Son illər isə “Facebook”un kənar linkləri də istifadəçilərə göstərmək marağında olmadığını müşahidə edirik. Bu isə birbaşa olaraq həmin sosial şəbəkənin özünə ziyandır. Çünki gəlirinin böyük hissəsi elə reklamlardan əldə edirdi. Lakin qısıtlamalar və məhdudiyyətlər bütün dünyada “Facebook”un populyarlığını itirməsinə səbəb olur. Nəticədə isə statistikalara baxsaq, gənc yox, orta və yaşlı nəslin həmin sosial şəbəkədən istifadə etdiyini müşahidə edirik.

Bu tendensiya davam edərsə, yaxın illərdə “Facebook” geriyə gedən sosial şəbəkə olacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

248
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv