!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Faciəvi son: Piyada iki maşının altında qaldı

!Reklam – Yazi

Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Yenicag.az-a verilən məlumata görə, hadisə ötən gün saat 18:00 radələrində Sabunçu rayonu, B.Bünyatov küçəsində qeydə alınıb.

1978-ci il təvəllüdlü İsayev Qabil Oruc oğlu idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 1973-cü il təvəllüdlü piyada Əliyeva Afət Firudin qızını vurub. Piyada aldığı zərbə nəticəsində yolun əks istiqamətinə düşüb və həmin istiqamətdə hərəkətdə olan 1982-ci il təvəllüdlü Quliyev Samir Sabir oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobilə dəyib.

Hadisə zamanı ölən şəxs yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçməyə cəhd edib. Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

456
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv