!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Faiq Ağayev hansı məşhur müğənniyə elçi göndəribmiş? - İllər sonra ETİRAF

!Reklam – Yazi

“Anamın barmağında nənəmdənqalma bir üzük var idi. Anama dedim ki, apar bu üzüyü ver İlhamə xanıma, denən onunla evlənəcəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev mərhum müğənni İhamə Quliyeva ilə bağlı xatirələrini bölüşərkən deyib.

Sənətçi ilk baxışdan başlayan bu sevginin sonradan əbədi dostluğa çevrildiyini bildirib:

“İlk dəfə 4 yaşım var idi, İlhamə xanım efirdə “Göygöl” mahnısını oxuyurdu. Anamın barmağında nənəmdənqalma bir üzük var idi, ona dedim ki, apar bu üzüyü ver İlhamə xanıma, denən onunla evlənəcəm. Anam və bibim yalandan çıxıb bir az gəzib qayıtmışdılar ki, məni inandırsınlar. Özüm də elçi daşında oturan cavan kimi ürəyim tıp-tıp edirdi ki, görəsən nə cavab gələcək. Onda mənə dedilər ki, İlhamə xanım “hə” dedi , amma dedi, hələ məktəbi qurtarsın, işə düzəlsin sonra…

1993-cü ildə Sirkdə konsertlər keçirirdilər. İlhamə xanım “Neylərsən mənə” mahnısını oxuyub biz gənclərə qatıldı. Çünki konsert yalnız gənclərdən ibarət idi. Həmin vaxt mən bu hadisəni ona danışdım. Onda mən artıq müsabiqələr laureatı idim. Məni dinlədi və dedi, zövqün yaxşıdır ha. İlhamə xanımla münasibətim necə səmimi və gözəl başladısa, axıra qədər də elə davam etdi”.

Nehru

www.yenicag.az

745
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv