!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Faktiki hava açıqlandı – Bu ərazilərə qar yağdı

!Reklam – Yazi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 17-si saat 21.00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir.

Xidmətdən Yenicag.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Gəncə, Şəmkir, Şəki, Zaqatala, Şabran, Cəfərxan, Lənkəran, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Beyləqanda arabir yağış, Gədəbəy, Daşkəsən, Göygöl, Xaçmaz, Xaltan, Şahdağ, Sarıbaş (Qax), Quba, Qusar, Zaqatala rayonunun dağlıq ərazilərində (Əlibəydə) qar yağıb.

Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 33 m/s, Daşkəsəndə 25 m/s, Naftalan, Tərtərdə 23 m/s, Neftçala, Tovuz, Şahdağda 20 m/s, Şəkidə 18 m/s, Altıağacda 17 m/s, Ceyrançöl, Şəmkirdə 16 m/s-dək güclənib. Neft Daşları stansiyasənın məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb.

Naxçıvan, Şərur, Culfa, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qobustan, Şəki, Şamaxı, Göygöl, Qəbələ, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Yevlax, Cəfərxan, Hacıqabul, Lerik, Yardımlıda duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 7 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 2 dərəcə şaxta, aran rayonlarında 11 dərəcəyədək isti qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək.

www.yenicag.az

230
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv