!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Faktiki hava açıqlanıb

!Reklam – Yazi

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 11-nə olan məlumatına əsasən noyabrın 10-da ölkə ərazisində qeyri-sabit, küləkli, yağıntılı hava şəraiti müşahidə olunub, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb.

Düşən yağıntının miqdarı: Astarada 45 mm (aylıq normanın 29%-i), Lənkəranda 24 mm (aylıq normanın 14%-i), Yardımlı, Xaltan, Altıağac, Lerik, Qəbələ, Zaqatala, Qax, Qrız, Naxçıvan, Oğuz, Şəki, Quba, Şamaxı, İsmayıllı, Biləsuvar, Ağsu, Şahdağ, Mingəçevir, Sabirabadda 6 mm-dək olub.

Qar örtüyünün hündürlüyü: Qrızda 1 sm olub.

Duman: Şamaxı, Qrız, Lerik, Şəmkirdə müşahidə olunub.

Noyabrın 11-də və 12-də ölkə ərazisində hava şəraitinin nisbətən mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

www.yenicag.az

170
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv