FAKTİKİ HAVA: Bəzi ərazilərdə şimşək çaxdı, yağış yağdı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, saat 18:00-a olan məlumatına əsasən Şərur, Şahbuz, Ordubad,Daşkəsən, Gədəbəy, Zaqatala, Yevlax, Şəki, Ağstafa, Naxçıvan, Balakəndə şimşək çaxıb, yağış yağıb.