!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Faktorinq nədir? - “Təəssüflər olsun ki, bütün banklarda bu xidmət...” - İqtisadçıdan ŞƏRH

!Reklam – Yazi

“Təəssüflər olsun ki, bütün banklarda bu cür xidmət mövcud deyil”.

Bu sözləri hazırda Azərbaycanda faktorinq bazarının vəziyyəti ilə bağlı münasibət bildirən iqtisadçı ekspert Asif İbrahimli Yenicag.az-a açıqlamasında bildirib.


O həmçinin qeyd edib ki, adıçəkilən sahə ilə bağlı müəyyən addımlar atılmalı, qanunlara aydınlıq və düzəlişlər gətirilməlidir ki, bu da sahibkarlığın inkişafına töhfə verəcək metodlardan sayılır:

“Faktorinq xidməti ixrac və idxal əməliyyatlarında , xüsusilə məhsul alqı-satqısı zamanı satış həyata keçirən şəxsə məxsus borcun vasitəçi tərəfindən ödənilməsi prosesidir. Misal olaraq, A müştəri B müştəriyə məhsul satan zaman alıcının satıcıya ödənəcək vəsaitin müəyyən müddət sonra həyata keçirmə prosesidir. Bu halda müqavilə əsasında faktorinq firma, xüsusilə də banklar dövriyyəyə girir və həmin ödənişin müəyyən hissəsini ödəyir.

Daha sonra müqavilə əsasında qeyd edilən faiz həcmində alıcıdan gələn vəsaitlər sayəsində borcun geri qaytarılması təmin edilir. Burada ödəniş edildikdə borc ya faizlə birgə tam olaraq, ya da hissə-hissə həyata keçirilir. Belə bir yanaşma uzun illərdir ki, bir çox dünya ölkələrində mövcuddur. Azərbaycanda isə, son bir neçə ildə bank məhsulu olaraq istifadə edilməyə başlanılıb. Lakin təəssüflər olsun ki, bütün banklarda bu cür xidmət mövcud deyil. Yalnız nizamnamə kapitalı yüksək olan bir neçə bankda bu xidmətdən yararlanmaq mümkündür. Bu cür yanaşma satıcının rəqabət imkanının artırılması ilə bağlı həyata keçirilən manevrdir.

Hesab edirəm ki, sözügedən xidmətin bütün banklarda tətbiq edilməsi lazımlıdır. Satış zamanı problem yarandığı zamanlarda məqsədəuyğundur. Belə ki, alqı-satqı prosesində alıcının ödənişinin gecikdiyi zaman və digər bu kimi hallar yarandığı təqdirdə bu üsul ön plana çıxmış olur. Həmçinin qarşı tərəfin valyuta risklərindən qorunduğu və idxal-ixrac əməliyyatları zamanı da bu yoldan istifadə edilə bilir.

Qeyd edilməlidir ki, dünya praktikasına nəzər salsaq, faktorinq bir çox dünya ölkələrinin iqtisadiyyatına əlavə üstünlük qazandırır. Düşünürəm ki, bu çox önəmli məsələdir və Azərbaycanda bu sahə ilə bağlı müəyyən qanunvericiliyə düzəlişlər edilməlidir. Məsələn, “Banklar və bank fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və digər bu kimi qanunlara aydınlıq və düzəlişlər edilməlidir. Eyni zamanda bu sahənin şaxələndirilməsi Mərkəzi Bankın üzərinə düşür. Çünki iqtisadi modeli ixrac üzərində qurulan ölkələrdə bu xidmətlərin istifadəsi zəruridir. Bu da sahibkarların iqtisadi baxımdan ayaqda qalması yönümündə imkan yaradan metodlardan biridir.”.

Yusif Səmədzadə

www.yenicag.az

309
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv