!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Fala inanma, falsız da qalma”: Tarot, numerologiya və... - ARAŞDIRMA

!Reklam – Yazi

İnsanların çoxu qismət, gələcək, sevgi, həyat, tarot və s. kimi fallara çox inanclıdır. Bu proses nəinki indi, əsrlərdir davam edir. Bir növ gələcəyi öncədən bilmək insanlara zövq və rahatlıq verir.

Bundan əlavə, inanclara əsasən, əlimizin üzərindəki xətlər də bizim yaşamımızdan və qismətimizdən xəbər verir. Hətta numerologiya adlanan elm var ki, bu da rəqəmlərə əsaslanaraq xarakteri və ya gələcəyi analiz etməyə kömək edir.

Bəs bütün bunların bir-birindən fərqi nədir? Həmin metodlar elm üzrə də keçərlidir?

Yenicag.az əsrlərdir davam edən falların növlərini və numerologiyanın, əslində, nə olduğunu təqdim edir.

Əvvəla qeyd edək ki, fal sözü dilimizə farscadan gəlib, mənası tale və bəxt deməkdir.

Dövrümüzdə ən çox inanılan və tətbiq edilən falların başında tarot falı dayanır. Tarot falına kartlar vasitəsilə baxırlar. Amma istənilən insan bunu icra edə bilməz. Çünki spiritual və mistik bilgilərə sahib olmaq lazımdır. Sözügedən falın tarixi qədim Çin və Hindistana dayanır.

Digər məşhur metod isə qəhvə falıdır. Əslində, bu falı hər kəs edir. Qəhvə özü ilk dəfə 8-ci əsrdə Yəməndə kəşf edilib. Qəhvə falı isə qədim Çin mədəniyyətindən götürülüb. Bu fal kofe içdikdən sonra stəkanda qalan qalıqlara əsasən baxılır. Hal-hazırda ən çox Türkiyədə populyardır.

Numerologiyaya gəldikdə isə bu tam olaraq fal sayılmır. Burada vacib olan amil rəqəmlərin kombinasiyasını anlamaqdır. Doğulduğumuz tarix, yaşımız, uğurlu rəqəmimiz kimi sayları birləşdirərək bir cədvəl ortaya çıxartmalıyıq. Həmin cədvəl insanların xarakterindən, gələcəyindən, evlilik yaşından və digər vacib məsələlərdən xəbər verir. Tarixi 12-13-cü əsrə kimi gedib çıxır. Numerologiya psevdoelm sayılır. Yəni fəlsəfə və psixologiya kimi sahələrdə adı keçir.

Fallar isə elmi yox mistik aləm hesab edilir. Dini kitablara əsasən, fala baxmaq və baxdırmaq ümumiyyətlə günahdır.  Çünki Tanrıdan başqa birinin gələcəyi bilməsi dinlərə hörmətsizlik olaraq hesab edilir. Hətta İslam dinində fal baxdırmağın 40 gün hökmü var. Amma numerologiya və ovuc içindəki xətlər elə hesab edilmir. Çünki onlar haqqında bir çox kitablarda məlumat var. Hətta qədim Yunan inanclarına görə ovuc içindəki xətlər insanın alın yazısıdır və doğulduğu andan etibarən həyata keçir.

Qeyd edək ki, ölkəmizdə falçılıq etmək dələduzluq hesab olunur və dəfələrlə bu barədə əməliyyatlar keçirilib.

Şahanə Paşa

www.yenicag.az

906
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv