!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Falçı”ların sosial şəbəkə DƏLƏDUZLUĞU: “5-10 dəqiqə ağılla düşünə bilmədikləri üçün...”

!Reklam – Yazi

“İnsanlar bir qədər məntiqlə düşünsə, falçıların onların həyatı, gələcəyi haqqında dəqiq informasiya verə bilməyəcəklərinə tam əmin olacaqlar”.

Bu fikirləri son dövrlərdə sosial şəbəkələrdə “falçılıq fəaliyyətinin” genişlənməsi halları haqda danışan sosioloq Mail Yaqub Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, belə dələduzluq hallarının azalması üçün ziyalılar tərəfindən əhali arasında maarifləndirmə işləri gücləndirilməlidir:

“Falçılıq və falçılığa maraq qədim zamanlardan mövcuddur. Qəribədir ki, dünyanın bir çox inkişaf etmiş ölkəsində də bəzən açıq-aşkar şəkildə televiziya efirlərində falçılar insanlarla təmas qurur. Təəssüf ki, fərdlər də onlara inanır.

Ümumiyyətlə, falçılığa inanmaq məntiqə ziddir. Falçıların müraciəti insanların emosiyalarına ünvanlandığına görə fərdlər də bir çox halda məntiqsiz qərar verirlər, həyata baxışları məntiq əsasında deyil, hisslər və emosiyalar əsasında formalaşır. İnsanlar bir qədər məntiqlə düşünsə, falçıların onların həyatı, gələcəyi haqqında dəqiq informasiya verə bilməyəcəklərinə tam əmin olacaqlar.

Belə şəxslər 5-10 dəqiqə ağılla düşünmə vərdişinə sahib olmadığıqları üçün asanlıqla falçıların toruna düşürlər. Baxsaq, bütün insanlarda gələcəyə yönəlik ciddi marağın olduğunu görə bilərik. Falçılar insanların zəif “damarlarını” tutaraq onları manipulyasiya edə bilirlər.

Şübhəsiz, əhali arasında ziyalılar tərəfindən maarifləndirmə işləri gücləndirilməlidir. Ancaq təəssüflər olsun ki, bəzi hallarda özünü ziyalı sayanların şəxsiyyəti xalq tərəfindən qəbul edilmir. Ziyalı təkcə elmi, savadı ilə deyil, həm də şəxsiyyəti ilə seçilməlidir. Əgər belə deyilsə, onun sözü də xalq tərəfindən qəbul olunmayacaq. Məhz belə ziyalılar falçılıq kimi əməllərə qarşı mübarizə aparmalıdırlar”.

İsmayıl Bakuvi

www.yenicag.az

285
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv