!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fantastik DƏRMAN QİYMƏTLƏRİ: "Hərə öz başına qiymət təyin edir, sonra da..." - MÖVQE

!Reklam – Yazi

“Dərmanlar dünyada ən bahalı mallardan biridir. Dərmanın öz istehlakçısı olmayan ölkələrdə daha çox qiymət artımı var”.

Bu sözləri Yenicag.az-a ölkəmizdə dərman qiymətlərinin baha olmasını şərh edən iqtisadçı Əkrəm Həsənov deyib.

O bildirib ki, Azərbaycan kiçik ölkədir, xaricdən idxal etsək belə, qiymət güzəştləri yoxdur:

“Türkiyə dərmanı xaricdən idxal etsə belə, ucuz qiymətlərlə sata bilir. Digər bir məsələ isə odur ki, Azərbaycanda sərbəst bazar iqtisadiyyatı demək olar ki, yoxdur. Bizdə qiyməti daha çox dövlət iqtisadiyyatı tənzimləyir. Həmçinin inhisarçılıq halları da yüksəkdir. Bu da ona gətirib çıxarır ki, hər kəs öz istədiyi qiyməti təyin edir. Yəni ki, çox adam xaricdən dərman gətirə bilmir. Gömrük və s. problemlər yaranır. Əgər bunlar olmasaydı, qiymətlər daha ucuz ola bilərdi. Vergi məsələsinə qalsa, bu, hər yerdə yüksəkdir. Əsas amillər bunlardır”.

Şahanə Paşa

www.yenicag.az

419
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv