Farer adaları – Azərbaycan matçı təxirə salınacaq? – FOTO

UEFA Millətlər Liqasının üçüncü turunda bu gün keçirilməsi nəzərdə tutulan Farer adaları – Azərbaycan oyunu təxirə salına bilər.

Yenicag.az xəbər verir ki, buna səbəb dumanlı hava şəraitidir. Hazırda “Torsvollur” stadionunu qatı dumana bürünüb və çiskinli hava hökm sürür.

Qeyd edək ki, UEFA-nın qaydalarına əsasən qapıdan meydanın mərkəzi görünmürsə, oyun təxirə salınmalıdır.

Xatırladaq ki, Farer adaları – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlamalıdır.

Qol.az

COP29