!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Fars rejiminin Azərbaycana qarşı bütün addımlarına adekvat cavab verilməlidir” – REAKSİYA

!Reklam – Yazi

“Mərkəzin qapadılması soydaşlarımıza, həmçinin Azərbaycan dövlətinə qarşı atılmış növbəti diskriminativ, qıcıqlandırıcı addımdır”.

Bu fikirləri İranın fars-molla rejiminin Təbriz Universitetinin nəzdində yaradılan Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətinin dayandırılmasına dair qərarına münasibət bildirən İctimai Nəzarət Mərkəzinin (İNM) sədri Rauf Zeyni Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İran hakimiyyətinin ölkə əhalisinin əksəriyyətini təşkil edən Azərbaycan türklərinin hüquqlarının pozulmasına yönəlik hər addımına Bakıdan sərt qarşılıq verilməlidir:

“Bütün dünya bilir ki, İranın fars-molla rejimi əhalinin mütləq hissəsini təşkil edən Azərbaycan türklərinin milli hüquqlarını hər addımda ən kobud formada pozmaqdadır.

Orada soydaşlarımızın ana dilində məktəblərin açılmasına imkan verilmir, mədəniyyət və adət-ənənələrinin qorunmasının, inkişaf etdirilməsinin qarşısı hər vəchlə alınır.

Təbriz Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinin qapadılması isə soydaşlarımıza, həmçinin Azərbaycan dövlətinə qarşı atılmış növbəti diskriminativ, qıcıqlandırıcı addımdır.

Ona görə də hesab edirəm ki, fars-molla rejiminin bu addımlarının adekvat cavabı olmalıdır. Bunun qarşılığında İranın Bakıda fəaliyyət göstərən hər hansı mərkəzinin fəaliyyətinin dayandırılmasına qərar verilməlidir. Görməlidirlər ki, soydaşlarımıza qarşı istənilən fəaliyyət cavabsız qalmayacaq”.

A.Zeynalov

www.yenicag.az

288
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv