!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fars rejiminin ikili oyunu: “İranın Ermənistandan başqa dostu qalmayıb” - ŞƏRH

!Reklam – Yazi

“İran güneyli soydaşlarımıza Azərbaycanla münasibətlərin normal olduğunu, tez-tez görüşüldüyünü, ümumi müzakirələr aparıldığını göstərmək istəyir. Lakin gecdir”.

Bunu İranın narahatlığı fonunda qonşu ölkələrlə görüş təşkil etməsinə münasibətini bildirən politoloq Rafail Bacanov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, İranın Azərbaycana münasibəti hər zaman düşmənçilik üzərində qurulub:

“İran indi də eyni xətt üzrə Azərbaycanla münasibətləri davam etdirir. Ancaq İranın danışıq aparmaq, görüşmək addımları imitasiyadır.

İran regionda söz sahibi olmaq, var olduğunu göstərmək üçün müxtəlif üsullardan istifadə edib və etməkdədir. Azərbaycanla münasibətləri kəskinləşdirməsinin səbəblərindən biri də bu idi. Lakin fars rejimi Azərbaycanın bu qədər sərt reaksiyası ilə qarşılaşacaqlarını güman etmirdi. Türkiyənin regionda artan nüfuzu da İranı narahat edir. Ona görə də münasibətlərin pozulmasına rəvac verdi. İndi regionda İran təklənib, Ermənistandan başqa müttəfiqi, dostu qalmayıb.

Ermənistanı müdafiə edən Rusiya Türkiyə ilə münasibətlərini İrana görə gərginləşdirmək istəmir.

İranın Ukraynanın ərazi bütövlüyünü tanımaqla bağlı rəsmi mövqe açıqlamalarının səbəbi də budur. Rusiyaya PUA-lar verib, onu müharibə cəbhəsində əlverişli mövqeyə çıxmasına yardım edən İranın qəfildən Ukraynanın ərazi bütövlüyünü tanıması ilə bağlı mövqeyinin səbəblərindən biri budur.

Siyasi çəkisizlik şəraitində olan İran vəziyyəti artıq dərk etməyə başlayıb. Daxildə ciddi qarşıdurma, insanların rejimə etirazlarının aylarla davam etməsi İran rejiminə xarici siyasətdə düzən yaratmağı diqtə edir. Çünki fars rejimi daxildə 35 milyon türkün istiqlal mübarizəsindən ciddi şəkildə ehtiyatlanır. Türkiyə və Azərbaycanla münasibətlərini müəyyən qədər yaxşılaşdırmaqla, gözlənilən hərəkatın səngiməsini arzulayır.

Azərbaycan və Türkiyəyə qarşı İran rejiminin düşmən münasibətinin Güney Azərbaycan türklərinin hiddətinin artmasına və mübarizəsinin alovlanmasına təkan verəcəyi təbiidir. İran indi də bu taktikanı işə salıb. Əsas məqsədlərindən biri alovlanmaqda olan prosesin ləngidilməsidir. Güneyli soydaşlarımıza münasibətlərin normal olduğunu, tez-tez görüşüldüyünü, ümumi müzakirələr aparıldığını göstərmək istəyir. Lakin gecdir. İran Azərbaycanla münasibətləri gərgin olan hər bir dövlətlə dostluq edir. Ermənistanla qurduqları münasibət bunun əyani sübutudur. İranın mövqeyi Azərbaycana qarşı düşmən mövqe olub və qalmaqda da davam edir. Bu düşmənçilik eyni zamanda Türkiyəyə qarşı da olub. Ona görə də gah təhdid edir, gah da danışıqlar aparmağa çalışır. Təhdidi nəticə vermədikdə, sərt şəkildə cavab aldıqda, danışıqlara qaçır”.

R.Bacanov bildirib ki, təhdidlərdən sonra danışıqların müsbət nəticə verəcəyini gözləmək çətindir:

“İran Zəngəzur dəhlizinin əleyhinə olan ölkədir və bu məsələdə Ermənistanın ən yaxın müttəfiqidir. Azərbaycanın və Türkiyənin mövqeyi isə ortadadır. Zəngəzur dəhlizi açılmalıdır və bununla bağlı işlər davam edir. Ona görə də İranın təhdidi də, danışıqlar aparmaqla mövqeyini möhkəmləndirmək arzusu da gözündə qalacaq və molla rejiminin geri çəkilməkdən başqa çarəsi yoxdur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv