!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fars rejiminin İLLUZİYASI: "İran Azərbaycanı çəkindirməyə çalışsa..." - RƏY

!Reklam – Yazi

“İran Azərbaycanı çəkindirməyə çalışsa, qarşısında Türkiyə ilə Azərbaycan Silahlı Qüvvələrimin fəaliyyətini görəcək”.

Bu fikri Türkiyə ilə Azərbaycan ordusunun birgə hərbi təlimləri, təlimlərdən çıxarılacaq dərslər və mesajlar barədə danışan ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bildirib ki, İran Azərbaycanın ata biləcəyi addımları düzgün hesablaya bilmədi:

“Türkiyə ilə Azərbaycanın Silahlı Qüvvələri (SQ) arasında keçirilən təlim vaxtı dövlətlərin illik, yaxud 6 aylıq planlaşdırılmasına əsasən təyin olunur və baş tutur. Təlimlərin keçirilməsinin yeri ssenari olaraq dəyişdirilə bilir. Türkiyə SQ ilə Azərbaycan SQ indiki mərhələdə taktiki təliminin keçirilməsi hər mənada əhəmiyyətlidir. Türkiyə SQ-nin strateji komandanlığının təmsil olunması Türkiyə milli müdafiə naziri, Baş Qərargah rəisi, Quru Qoşunları komandanı, hava qüvvələri komandiri, dəniz qüvvələri komandiri təlimdə iştirak etdi. Bu strateji desantdır. Strateji desantların təlimlərin yüksək müşahidəsi gününə gəlməsi, əslində təlimin məqsəd və niyyətlərinin birinci siyasi tərəfənin, ikincisi isə hərbi tərəfinin bəyan olunmasıdır. Təlimlərin zamanı da əhəmiyyətlidir. İran yaxın zamanda Azərbaycanın cənub sərhədlərində təlimlər keçirib, güc nümayiş etdirmişdi.

İran Azərbaycanın ata biləcəyi addımları düzgün hesablaya bilmədi. İranın keçirdiyi təlimlər güc nümayişi idi. İran bunu Azərbaycanın Ermənistana yumşaq və ya sərt güc tətbiq etməkdən çəkindirməyə hesablamışdı. Deməzdim ki, İran Azərbaycan ərazisində hücum əməliyyatları keçirmək niyyətində idi. Siyasi böhranlar olan zaman hərbi təlimlər keçirirlər və mesaj ötürürlər ki, bunu da edə bilərik.

SEPAH-ın təlimlərinə cavab olaraq Azərbaycan kiçik çapda Xüsusi Təyinatlı Qüvvələrin hərbi təlimini həyata keçirdi. Türkiyə ilə bərabər bu hərbi təlimin indiki mərhələdə praktiki hissəsini Astara, İmişli, Cəbrayıl bölgəsində, atış hissəsini isə Bakıda keçirməklə İran tərəfə əks mesaj göndərildi. Siyasi mesaj ondan ibraətdir ki, Azərbaycan Şuşa bəyannaməsindən sonra bu coğrafiyada nə etmək istəyirsə, onu yerinə yetirmək baxımından axıra qədər qərarlıdır. Bu məsələdə də yanımızda Türkiyə var. İran Azərbaycanı çəkindirməyə çalışsa, qarşısında Türkiyə ilə Azərbaycan SQ-nin fəaliyyətini görəcək.

Azərbaycan və Türkiyə Prezidentlərinin təlim iştirakçılarına təbrik mesajı oldu. O təbriklərdə də ciddi mesajlar var. Azərbaycan Prezidenti İlham Əliyev dostluq və qardaşlıq barədə mesaj verib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrikində bir cümlə var. Həmin cümlə bu şəkildədir: “Heç bir güc bizi ayıra bilməz”.

Hal-hazırda Azərbaycanla Türkiyəni ayıran tək bir hissə Zəngəzur dəhlizinin açılmamış olmasıdır. Tezliklə biz bu dəhlizi də açacağıq. Prezident Ərdoğanın təbrikində ifadə etdiyi cümlə də strateji hədəf və planlamada gediləcək yolumuzun qarşısını İranın belə ala bilməyəcəyinə işarədir”.

Səxavət Məmməd

www.yenicag.az

438
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv