!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fars rejiminin nümayişinə qadağa qoyduğu film səhnələrə ÇIXIR - FOTO

!Reklam – Yazi

Molla rejimin qadağa qoyduğu filim uzun çəkişmədən sonra nümayiş olunacaq.

Yenicag.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilir ki, Kino Tənqidçiləri və Yazıçılar Assosiasiyasının üzvü, tənqidçi, rejissor Əsgər Yusif Nicatın ölümündən sonra xatirəsinə həsr edilmiş film nümayiş etdiriləcək.

Mərhum rejissorun son əsəri olan “Kukla” (Qolçağ) filmi iki il əvvəl 40-cı Fəcr Film Festivalında iştirak üçün namizədliyi seçim komissiyası tərəfindən türk dilində olduğu üçün rədd edilib.

Yusif Nicatın rejissorluğu ilə çəkilən “Kukla” filmi İranda antitürk təbliğatını daş-qalaq edən bir əsərdir.
Təbrizdən cərəyan edən filmin prodüsseri İran Kino Tənqidçiləri Assosiasiyasının üzvü Cəlil Sehatdır.

Yazda nümayişə çıxacaq “Kukla” filminin çəkiliş heyəti və mərhum Yusif Nicatın ailəsi onun haqqında danışacaq.

Film Seyfullah Dadxan kinoteatr zalında nümayiş olunacaq.

Xuraman Etibarlı

www.yenicag.az

118
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv