Fəaliyyəti dayandırılan vəkillərin kimliyi məlum oldu – Yenicag.Az

Reklam

Reklam

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında fəlaiyyəti dayandırılan və kollegiya üzvlüyünə xitam verilməsi ilə bağlı barəsində məhkəməyə müraciət edilən vəkillərin kimliyi məlum olub.

Yenicag.az-ın xəbərinə görə, fəaliyyəti dayandırılan vəkil Qəhrəman Pirməmmədovdur. Onun fəaliyyətinin bir il müddətinə dayandırılmasına qərar verilib.

Vəkil Nurəli Həsənovun Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi qərara alınıb.

Qeyd edək ki, Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin dünən keçirilən iclasında peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə 2 vəkilə töhmət verilib, 1 vəkilin fəaliyyəti dayandırılıb, 1 vəkilin də Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi qərara alınıb.

Töhmət elan olunan vəkillərin kimliyi açıqlanmır./APA/

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1997
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."