!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Fəaliyyəti dayandırmaqdansa, bir lider seçib onun ətrafında vahid partiyada birləşsinlər” - Novella Cəfəroğlu

!Reklam – Yazi

“Ölkənin indiki vəziyyətində, xarici təhdidlərin artdığı bir şəraitdə bizə birlik çox vacibdir”.

Bu fikirləri “Siyasi partiyalar haqqında” yeni qanuna uyğunlaşma prosesini dəyərləndirən Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, yeni qanunun tələblərini yerinə yetirə bilməyən siyasi partiyalar üçün ən optimal yol birləşməkdir:

“Mövcud partiyalardan bir qisminin yeni qanunda əks olunan məlum tələbləri icra edə bilməyəcəkləri haradasa, gözlənilən idi. O baxımdan, bir neçə partiyanın bu səbəbdən fəaliyyətini dayandırmaq qərarı verməsi başadüşüləndir.

Amma vəziyyət fərqli də ola bilərdi. Məsələn, fəaliyyətini dayandıran partiyalar bu addımı atmaqdansa, ideoloji əsaslarla bir araya gəlib mövcudluqlarını birlikdə davam etdirə bilərdilər. Yəni fəaliyyəti dayandırmaqdansa, bir lider seçib onun ətrafında vahid partiyada birləşsinlər.

Düzdür, vaxtilə şərtlər başqa cür olub, partiya yaratmaqda problemlə qarşılaşmayıblar və təşkilat qurub siyasi səhnəyə çıxıblar. İndi isə vəziyyət dəyişib, tələblər sərtləşdirilib və sair. Ya fəaliyyətini dayandırmalısan, ya da birləşib mövcudluğunu davam etdirməlisən.

Ümumiyyətlə, ölkənin indiki vəziyyətində, xarici təhdidlərin artdığı bir şəraitdə bizə birlik çox vacibdir. Əks halda, kənar təsirlərə qarşı müqavimət göstərməyimiz çətinləşər”.

A.Zeynalov

www.yenicag.az

281
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv