!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Fəaliyyəti olmayan partiyaların öz mövcudluqlarını necə davam etdirməsi...” – RƏY

!Reklam – Yazi

“Ad çəkməyi və onların fəaliyyətini təftiş etməyi doğru saymasam da, reallıq bundan ibarətdir”.

Bu fikirləri Azərbaycanda siyasi partiyaların yeni dönəmdə öz fəaliyyətlərini necə davam etdirəcəkləri haqda danışan Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədri hesab edir ki, varlıqları yalnız kağız üzərində olan siyasi təşkilatlar təbii yolla sıradan çıxacaqlar:

“Siyasi partiyalar haqqında yeni qanun qüvvəyə mindikdən sonra artıq fərqli şəraitin yarandığını söyləyə bilərik. Yəni bu şəraitdə partiyalar istər üzvlərinin sayını artırmaq, istərsə də fəaliyyət dairələrini genişləndirmək zərurəti ilə üz-üzədirlər.

Otuz ildir, ölkə siyasətində olan şəxs kimi deyə bilərəm ki, mövcud partiyaların, bəlkə, də yarıdan çoxunun varlığı yalnız kağız üzərindədir. Ad çəkməyi və onların fəaliyyətini təftiş etməyi doğru saymasam da, reallıq bundan ibarətdir.

Yeni qanunun tətbiqindən sonra partiyalar artıq real fəaliyyətlə məşğul olmalıdırlar. Üzvlərinin sayını minimum beş min nəfərə çatdırmaq, yerli təşkilatlarını qurmaq və seçkilərdə müntəzəm iştirak etmək şərtdir. Əks halda, həmin təşkilatlar qanunun tələbi ilə ləğv olunacaqlar”.

A.Zeynalov

www.yenicag.az

259
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv