!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Fəaliyyətimizi dayandırarkən üzvlərimizin rəyini nəzərə almamağımız haqda iddialar...” – Keçmiş partiya sədri

!Reklam – Yazi

“Yeni qanunda partiyaların fəaliyyətini çətinləşdirən başqa şərtlər də var və onlar maddi imkanlarımızı aşan əlavə xərclərə yol açır”.

Bu fikirləri son həftələrdə siyasi səhnədən çəkilən partiyaların həmin qərarın qəbulu zamanı üzvlərinin mövqeyini nəzərə almamalarına dair iddialara münasibət bildirən fəaliyyətini dayandıran Təkamül Partiyasının sabiq sədri Teyyub Qənioğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, vaxtilə rəhbəri olduğu partiyanın fəaliyyətini dayandırması kollektiv qərarın nəticəsində baş verib:

“Yeni qanunun tətbiqindən sonra bir sıra partiyaların öz fəaliyyətini dayandırmasına sosial şəbəkələrdə müxtəif yanaşmalar oldu, fərqli fikirlər səsləndirildi. Bəli, belə iddialar da ortaya atıldı ki, partiyalar fəaliyyətini dayandırmaq haqqında qərar verərkən, üzvlərin mövqeyi nəzərə alınmayıb.

Digər partiyalarda necə olub, bilmirəm. Amma bizdə bu məsələ partiyanın Nizamnaməsi əsasında tənzimlənib. İndiki şəraitdə partiyanın qurultayını çağırmasaq da, Mərkəzi Şuranın onlayn formatda toplantısı keçirilib, fəaliyyətimizi dayandırmağın zəruriliyi izah edilib və qərar qəbul olunub. Çıxış edən üzvlərimiz də bu addımı dəstəkləyiblər.

Fəaliyyətimizi dayandırmağımızın səbəbi sadəcə, beş min üzv toplamaq tələbi deyil. Ümumiyyətlə, yeni qanunda partiyaların fəaliyyətini çətinləşdirən başqa şərtlər də var və onlar maddi imkanlarımızı aşan əlavə xərclərə yol açırdı. Ona görə də bütün bunları nəzərə alaraq kollektiv şəkildə belə bir qərar qəbul etdik”.

A.Zeynalov

www.yenicag.az

588
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv