!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Fəaliyyətimizin səksən faizi “məxfi” və “tamamilə məxfi” qrifi altında qalır” – Təhlükəsizlik Şurasının katibi

!Reklam – Yazi

“İlan adasından tutmuş Severodonetskə qədər geniş ərazilərdə mütəxəssislərimiz fəaliyyət göstərməkdədirlər”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edən Vasili Malyuk qurumun fəaliyyəti haqda danışarkən deyib.

Onun sözlərinə görə, Təhlükəsizlik Şurasının fəaliyyətinin böyük hissəsi ictimaiyyət üçün açıqlanmır:

“Təhlükəsizlik Şurası əməliyyat-döyüş, əks-kəşfiyyat, əks-diversiya, antiterror və digər fəaliyyətləri həyata keçirir.

İlan adasından tutmuş Severodonetskə qədər geniş ərazilərdəki qaynar nöqtələrdə mütəxəssislərimiz fəaliyyət göstərməkdədirlər.

Həmin əməkdaşlar ən çətin tapşırıqların icrası ilə məşğul olan ən seçmə mütəxəssislərimizdirlər.

Fəaliyyətimizin səksən faizi “məxfi” və “tamamilə məxfi” qrifi altında qalır və ictimaiyyət üçün açıqlanmır”.

www.yenicag.az

369
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv