!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

FED faiz dərəcəsini artıra bilər - Proqnoz

!Reklam – Yazi

ABŞ Mərkəzi Bankı inflyasiyanın qarşısını almaq üçün faiz dərəcələrini artırmağa davam edəcək.

Yenicag.az “Bloomberg”ə istinadən bildirir ki, bu barədə FEDABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Povel açıqlama verib.

Onun sözlərinə görə, FED 2023-cü ilin ortalarından sonra bazarlarda faiz kursunu geri çevirməyəcək.

“Çox güman ki, qiymət sabitliyinin bərpası bir müddət məhdudlaşdırıcı siyasət mövqeyini saxlamağı tələb edəcək. Çünki qiymət sabitliyini bərpa etmək bir az vaxt aparacaq. Sentyabr görüşündə qərarımız daxil olan məlumatların məcmusundan asılı olacaq”, – deyə FED sədri bildirib.

Povel qeyd edib ki, qiymət sabitliyinin bərpası “davamlı” bir tendensiyadan aşağı artım dövrü və daha zəif əmək bazarı tələb edəcək: “Daha yüksək faiz dərəcələri, daha yavaş artım və daha yumşaq əmək bazarı şərtləri inflyasiyanı azaltsa da, bu, ev təsərrüfatlarına və biznesə bir qədər mənfi təsir göstərəcək”.

Cerom Povelin çıxışından əvvəl investorlar FED-in 20-21 sentyabr iclasında təxminən yarım bənd və ya 75 baza bəndi artım ehtimalını proqnozlaşdırıblar.

Gülşən

www.yenicag.az

251
Ads
www.veteninfo.com
!Reklam – Arxiv