!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FED-in artan uçot dərəcəsinin təsirləri: "Banklar faiz artımı edir"

!Reklam – Yazi

Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırması geniş müzakirələrə səbəb olub.

Yenicag.az xəbər verir ki, inflyasiyanın 8,3 faizə çatacağı gözlənsə də, ərzaq, enerji və mənzil qiymətlərindəki artımlar inflyasiyanın artmasına əhəmiyyətli dərəcədə təsir etdi. Lakin inflyasiya ilə bağlı narahatlıqlar təkcə ABŞ-yə aid deyil.

Koronavirus pandemiyasından sonra Rusiyanın Ukraynaya qarşı işğalçı siyasəti tədarük zəncirlərinə ciddi şəkildə təsir edib. Belə ki, müharibənin təsiri ilə enerji və bütün əmtəə qiymətlərində artımlar baş verib. Qlobal ərzaq qiymətlərindəki dəyişikliyi ölçən FAO-nun Ərzaq Qiymətləri İndeksi may ayında illik müqayisədə 22,8 faiz artıb. Dünyanın əsas taxıl və gübrə tədarükçüləri arasında yer alan Rusiya və Ukrayna arasında davam edən müharibə səbəbindən ərzaq qiymətlərinin tezliklə azalacağı gözlənilmir.

Bu fonda FED-in qərarından sonra İsveçrə və İngiltərənin mərkəzi bankları faiz artımı edib. Xüsusilə İsveçrə Milli Bankının 15 ildən sonra ilk dəfə faiz artımı bazarları təəccübləndirib. Bu, bankın 2007-ci ilin sentyabrından etibarən ilk faiz artımıdır. Göstərici faiz dərəcəsi -0,75%-dən -0,25%-ə yüksəldilib.

İsveçrədən sonra İngiltərə Bankı da siyasət faizini 25 bənd artıraraq 1,25%-ə çatdırıb. Qərarın mətnində inflyasiya təsirlərinə baxmayaraq, bankın ayıq-sayıq olmağa davam edəcəyi vurğulanıb.

Ukrayna Mərkəzi Bankı isə iki həftə əvvəl valyutanın ucuzlaşmasını dayandırmaq və artan qiymətləri cilovlamaq üçün siyasət faizini 10 faizdən 25 faizə qaldırıb. Beləliklə, siyasət faizi 2015-ci ilin sentyabrından bəri ən yüksək səviyyəyə çatıb. Ukrayna Mərkəzi Bankı illik inflyasiyanın may ayında 17 faizə yüksəldiyinə diqqət çəkərək, müharibə səbəbiylə bu il iki dəfə arta biləcəyini açıqlayıb.

Qeyd edək ki, bu il ümumilikdə dünyanın 45 ölkəsinin mərkəzi bankları faiz artımı ilə bağlı qərarlar verib.

Gülşən Şərif

www.yenicag.az

588
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv