!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FED-in müəmmalı qərarı: Faiz dərəcələri 4 faizə qalxa bilər

!Reklam – Yazi

ABŞ Federal Ehtiyat Sisteminin (FED) iyul iclasında 75 baza bəndi artımı gözlənilsə də, bankın ilin sonuna qədər dərəcəni 3,5-4 faizə qaldıracağı proqnozlaşdırılır.

Yenicag.az “Haberglobal”a istinadən bildirir ki, FED-in bu həftə 80 faiz ehtimalla 75 baz bəndlik faiz artımı ilə kifayətlənəcəyi gözlənilir. Lakin pul bazarlarındakı qiymətləndirmədə bankın faiz dərəcələrini 50 baz bənd artıracağı proqnozlaşdırılır.

Ani bir dəyişikliyin gözlənilən olmadığını qeyd edən “FWD” İstiqrazlarının Baş iqtisadçısı Kris Rupkeyin sözlərinə görə, pul sərtləşdirməsində daha ölçülü bir yanaşmanın tətbiqinə ehtiyac var:

“İşdən çıxarılma və ev satışları kimi bəzi erkən xəbərdarlıqlar iqtisadi göstəricilərin aşağı olduğunu göstərir. Lakin buna baxmayaraq, FED inflyasiya ilə mübarizədə ilin əvvəlinə nisbətən daha az geridə qalıb. Bu vəziyyətdə faiz dərəcələrinin ilin sonuna qədər 3,5 faizə endiriləcəyini proqnozlaşdırmaq olar. Noyabrda və dekabrda isə 25 baz bal qorunub saxlanıla bilər”.

Gülşən Şərif

www.yenicag.az

476
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv