!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FED-in proqnozunun mənfi təsiri: Bitkoin yenidən təhlükədədir

!Reklam – Yazi

Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcələrini 75 baz bənd artıracağı ilə proqnoz kriptovalyuta bazarına təsirsiz ötüşməyib.

Yenicag.az “Haberturk”ə istinadən bildirir ki, ötən gün 22.700 dollara qədər bahalaşan Bitkoin bu gün 21.700 dollara düşüb. Dünyanın ən böyük kriptovalyutasında gündəlik ucuzlaşma 2,8 faiz olub.

ABŞ-də “Apple” şirkətinin işə qəbulu yavaşlatacağını açıqlaması və bank mənfəətinin azalması isə tənəzzüllə bağlı narahatlıqları daha da artırıb.

Ümumilikdə son enişlərə baxmayaraq, Bitkoin son bir həftə ərzində dollar bazarında 11 faiz bahalaşıb. Ethereum kriptovalyutası isə eyni dövrdə 42,4 faiz dəyər qazanıb.

Gülşən Şərif

www.yenicag.az

105
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv