!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FED-in qərarının inflyasiyaya təsiri: "İstehsal, nəqliyyat və logistika ilə bağlı mövcud problemlər..."

!Reklam – Yazi

Bu gün ABŞ-nin Federal Ehtiyat Sistemi (FED) növbəti faiz qərarını – yeni uçot dərəcəsini açıqlayacaq. FED-in yeni il üçün iqtisadi proqnozlarını açıqlayacağı da gözlənilir.

Mövzu ilə bağlı professor Elşad Məmmədov Yenicag.az-a açıqlamasında bildirib ki, hazırda FED-in faiz dərəcələri ilə bağlı verəcəyi qərarında elə də böyük seçim imkanları mövcud deyil:

“İnflyasiyanın artması şəraitində ABŞ-də pul kütləsinin həcminin normativlərdən xeyli dərəcədə çox olması FED-in faiz dərəcələrini artırmasına məhkum olduğunu göstərir. Digər tərəfdən, pul-kredit siyasətinin sərtləşdirilməsi borcların idarə edilməsi ilə bağlı vəziyyəti ciddi şəkildə kəskinləşdirə bilər. Bu ssenari FED üçün arzuolunan hesab olunmur. Çünki ABŞ-də FED həm də məşğulluq və digər mühüm makroiqtisadi göstəricilərə cavabdehdir. İstənilən halda ABŞ iqtisadiyyatı üçün perspektivlər o qədər də ürəkaçan deyil. Bütün hallarda faiz dərəcələrinin sərtləşdirilməsi prosesi baş verəcək. Bu baxımdan FED və bütövlükdə ABŞ hakimiyyəti çalışacaq ki, borcların idarə olunmasında, xüsusilə də transmilli iri şirkətlərin müdafiəsində alternativ kanallar vasitəsilə pul axınlarını təmin edə bilsin. Yəni bir tərəfdən faiz dərəcələri artacaq, digər tərəfdən isə FED-ə yaxın olan transmilli iri bank və şirkətlər maliyyə dəstəyi alacaq. Hazırda ABŞ-də bu cür mürəkkəb bir vəziyyət yaranıb.

Pul-kredit siyasətinin sərtləşdirilməsi inflyasiya ilə mübarizəyə də o qədər güclü təsir göstərməyəcək. Çünki bu gün ABŞ-də və dünya miqyasında baş verən proseslər inflyasiyanın yalnız pul kütləsinin artıqlığı ilə bağlı olmadığını göstərir. İstehsal, nəqliyyat və logistika ilə bağlı mövcud problemlər inflyasiyanın bundan sonra da artmasını şərtləndirəcək”.

Gülşən Şərif

www.yenicag.az

430
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv