!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fələstin mediası Azərbaycanda yaşayan müsəlmanlara ÇAĞIRIŞ ETDİ - FOTO

!Reklam – Yazi

Fələstin mediası Azərbaycanda yaşayan müsəlmanlara səslənib.

Yenicag.az xəbər verir ki, Fələstinin Teleqram kanalı “Gaza Now” əksəriyyəti müsəlman olan ölkələrin sakinlərini bu gün Fələstinə həmrəylik nümayişləri keçirməyə çağırıb. Onların arasında Azərbaycanın da adı var.

Qeyd edək ki, bundan əvvəl HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə oktyabrın 18-ni “qəzəb günü” elan edib. O, İordan çayının qərb sahilindəki fələstinliləri “İsrail işğalına qarşı ayağa qalxmağa” çağırıb.

Dünən axşam Qəzzadakı “Əhli-Ərəb” xəstəxanası hava zərbəsi ilə vurulub. Hücum nəticəsində ölənlərin sayı 800-ü keçib.
Dağıntılar altında çox sayda insanın qaldığı bildirilir. Ölənlərin sayının artacağı gözlənilir.
Hadisə ilə bağlı ölkədə 3 günlük matəm elan edilib və bayraqlar endirilib.

Xuraman Etibarlı

www.yenicag.az

235
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv