Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Fəlsəfi toplantılarının sayını artırmalıyıq” - İrfan Çiftçi

Beynəlxalq fəlsəfə günü münasibəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə institutu ilə Türkiyə səfirliyi qlobal dünyada fəlsəfə, mədəniyyət və ədəbiyytın rolu mövzusunda dəyirmi masa təşkil edib.

Yenicag.az xəbər verir ki, dəyirmi masa Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtım müşaviri, şair-yazar İrfan Çiftçi, Fransadan professor Zaim Kan Çelebi, Türkiyə Mimar Sinan universitetindən professor Hakan Poyraz, Azərbaycandan İdris Heydərli, Telman Nüsrətoğlunun iştirakı ilə Fəlsəfə institutunun professoru Zöhra Əliyevanın aparıcılığı ilə baş tutub.

Qonaqlardan əlavə görüşdə xalq artisti Brilliant Dadaşova, professor Ziyadxan Əliyev və tələbələr iştirak edib.

Görüşdən sonra İrfan Çiftçi açıqlamasında bildirib ki, çox maraqlı bir toplantı oldu:

“Anladım ki, bu cür tədbirləri çox keçirməliyik. Bundan sonra fəlsəfə il bağlı toplantıların sayını çoxaldacağıq. Bu görüşlə Azərbaycanda dərin düşünməyə, fəlsəfi düşünməyə marağın hələ də olduğunu görmüş olduq”.

Qeyd edək ki, tədbirdə Fransadan təşrif buyuran qonaq Zaim Kan Çelebiyə fəlsəfə AMEA-nın Fəlsəfə institutunun fəxri doktoru adı verilib.

Loading...

www.yenicag.az

1690
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100