!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Fənərbağça” “Beşiktaş”a məğlub oldu

!Reklam – Yazi

Türkiyə Super Liqasında XXVII tur davam edir.

Yenicag.az xəbər verir ki, İstanbul derbisində “Fənərbağça” və “Beşiktaş” münasibətlərinə aydınlıq gətiriblər. Birincilərin meydanında keçirilən qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 4:2

Hesabı 41-ci dəqiqədə penaltidən “Fənərbağça”nın futbolçusu Enner Valensiya açsa da, ikinci yarıda Cenk Tosunun dublu, Natan Redmond və Vensan Abubakarın qolları ilə “Beşiktaş” qələbə qazanmağı bacarıb.

“Fənərbağça”nın 2-ci qoluna son dəqiqələrdə İrfan Can Kahveci imza atıb. Qonaq komandada 51-ci dəqiqədə Velinton qırmızı vərəqə ilə meydandan qovulub.

“Beşiktaş” qələbə sayəsində xallarını 52-yə çatdırıb. Üçüncü pillədə qərarlaşan “qara qartal” ikinci “Fənərbağça” ilə fərqi ikiyə endirib. Lider “Qalatasaray”ın isə 63 xalı var.

www.yenicag.az

284
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv