!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Fərat qalxanı” daha sonra “Fərat qılıncı”na çevrilə bilər” – Rusiyalı ekspert  

!Reklam – Yazi

Rusiyalı ekspertlər Türkiyənin Suriyada başa çatdırdıqları “Fərat qalxanı” əməliyyatının başqa formada davam etdirilə biləcəyini düşünürlər.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya Şərqşünaslıq, Beynəlxalq və Diplomatik Araşdırmalar Mərkəzinin direktoru, türkoloq Vladimir Avatkov “Fərat qalxanı” əməliyyatının yekununu və mümkün perspektivi dəyərləndirib:

“Türkiyə hazırda dünyada və regionda mövqelərini möhkəmləndirməyə çalışır. O səbəbdən, Ankara bu çərçivədə ABŞ və Rusiya ilə müzakirələrə böyük əhəmiyyət verir”.

Türkiyədə aprelin 16-da Konstitusiya referendumunun keçiriləcəyini xatırladan Avatkovun fikrincə, həm daxili, həm də xarici müttəfiqlərə və rəqiblərə güc nümayişi baxımından , “Fərat qalxanı” əməliyyatının nəticələri haqqında yüksək tonla danışmaq qarşıdakı dönəmdə geopolitik və hərbi problemlərlə üzləşməkdən daha yaxşıdır:

“Əslində, Türkiyə istədiyi bufer zonanı yaratmağa nail oldu, bununla kifayətlənməmək başqa dövlətlərlə münasibətlərdə ciddi problemlər yarada bilərdi”.

Rusiyalı politoloq Aleksandr Asafov da hesab edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan regiondakı vəzifələrini uğurla yerinə yetirə bilən bir ordusu olduğunu bütün dünyaya göstərdi:

“Türkiyə “Fərat qalxanı” əməliyyatını uğurla başa çatdırdığını, ancaq bunun nümunəsində başqa bir “Fərat qılıncı” əməliyyatını başlaya biləcəyini, o əməliyyatın sadəcə, İŞİD-i deyil, PYD-ni də hədəfə alacağını göstərə bilər. Hadisələrin bu istiqamətdə inkişafı realdır”.

Yeniçağ.Az

www.yenicag.az

563
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv