!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fərhad Abdullayev vəfat etdi

!Reklam – Yazi

Tanınmış jurnalist, publisist və tərcüməçi Fərhad Abdullayev vəfat edib.

Bu barədə Yenicag.az-a onun yaxınları məlumat verib.

Xatırladaq ki, Fərhad Abdullayev 1958-ci ilin 8 oktyabr tarixində Bakıda doğulub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1972-ci ildən etibarən mətbuatda çıxış etməyə başlayıb. 1976–1981-ci illərdə “İdman”, “Şahmat” qəzetlərində korrektor, ədəbi işçi və məsul katib işləyib. 1981-ci ildə AzTV-də şöbə müdiri vəzifəsində çalışıb. Esse və məqalələr müəllifi kimi tanınır.

Y.Dolqopolskinin “Mən şahmat oynayıram”, M.Gerşensonun “Robin Hud”, N.Xomiçin “Sərdabənin sirri”, Ş.Aleyxemin “Seçilmiş əsərləri”, M.Çexovun “Peşəkar aktyorluq dərsləri”, P. Amaliettinin “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” və s. kitabları Azərbaycan dilinə çevirib.

Allah rəhmət etsin!

www.yenicag.az

915
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv