!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Fərid Qayıbov dünya çempionatında medal qazanmış boksçularla görüşdü

!Reklam – Yazi

Gənclər və idman naziri Fərid Qayıbov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında uğurla çıxış etmiş Azərbaycan boksçuları ilə görüşüb.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, F.Qayıbov dünya çempionu Alfonso Dominges (86 kq), bürünc mükafatçılar Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayevi (+92 kq) növbəti uğurları münasibətilə təbrik edib, onlara qarşıdakı yarışlarda qələbələr arzulayıb.

Görüşdə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov, baş katib Nağı Səfərov və yığma komandanın böyük məşqçisi Nəriman Abdullayev də iştirak ediblər.

www.yenicag.az

463
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv