!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fərid Qayıbov region gənclərilə bir araya gəldi

!Reklam – Yazi

Gənclər və idman naziri Fərid Qayıbov martın 12-də Gəncə şəhərinin, Ağstafa, Göygöl, Ucar, Şəmkir, Goranboy, Qazax və Tovuz rayonlarının fəal gəncləri ilə görüş keçirib.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Tovuz şəhərində Gənclər Evində keçirilən tədbirdə qeyd edilən rayonların gənclər və idman idarələrinin, gənclər evlərinin, gənclərin inkişaf və karyera mərkəzlərinin və müxtəlif gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Görüşdə Fərid Qayıbov gənclərlə iş sahəsində görüləcək işlər və planlar barədə məlumat verib, hər rayonda gənclərlə iş sahəsində atılan addımlar barədə məlumatları ayrı-ayrılıqda dinləyib.

Regionda yaşayan gənclərin ictimai fəallığının daha da artırılması, zərərli vərdişlərdən qorunması, asudə vaxtın səmərəli təşkili, məşğulluq, ideyaların həyata keçirilməsi və digər məsələlər barədə müzakirələr aparılıb.

Görüşdə nazir müavini İndira Hacıyeva, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və nazirliyin məsul şəxsləri iştirak ediblər.

www.yenicag.az

548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv