!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fermer və sahibkarlara ayrılan SUBSİDİYALAR: “Pullar düzgün şəkildə bölüşdürülmür”

!Reklam – Yazi

“Azərbaycanda dövlət tərəfindən ayrılan vəsaitin düzgün bölüşdürülməsində problem şəffaflığın olmamasıdır”.

Bu sözləri dövlət tərəfindən fermer və sahibkarlara ayrılan subsidiyalara və prosesin şəffaflığına münasibət bildiriən iqtisadçı ekspert Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, güzəştli kreditlərin verilməsi prosesi açıq şəkildə müvafiq dövlət qurumunun internet səhifəsində təqdim edilməlidir:

“Əsas məsələ subsidiyaların hansı sahələrə verilməsi, miqdarı, fermeri qane etməsi və digər nüanslardan ibarət deyil. Bu gün biz hansı fermerdən verilən subsidiyayla bağlı fikrini soruşsaq, dövlətin təklif etdiyi güzəştli vəsait onlara yetərli deyil. Həmişə narazılıqlar meydana gələcək.

Burada əsas problem dövlətin ayırdığı vəsaitin düzgün bölüşdürülməməsidir. Tətbiq edilən proses şəffaf olmalıdır. Bu gün dövlət xəttiylə sahibkarlara verilən güzəştli kreditlərdə korrupsiyanın olmasına dair böyük şübhələr var. Ayrılan pullar düzgün şəkildə bölüşdürülmür və ortada korrupsiya hallarına aid iddialar səslənir.

Bu kimi halların yaranmaması üçün yalnız bir yol var: şəffaf şəkildə fəaliyyət göstərmək. Vəsaitləri ayıran dövlət qurumları öz internet səhifələrində prosesə dair hər şeyi açıq şəkildə göstərməlidirlər. Yəni kimlər müraciət edib, nə qədər kredit almaq istəyib, hansı fermerlərə bu kredit ayrılıb və nə üçün ayrılıb. Bütün bu məlumatları ictimaiyyət, media və ekspertlər rahat şəkildə görməlidir. O zaman biz pulların təyinatı üzrə gedib-getmədiyini görə biləcəyik.

Azərbaycanda dövlət tərəfindən ayrılan vəsaitin düzgün bölüşdürülməsində problem şəffaflığın olmamasıdır.
Bəzi hallarda bu məlumatları tələb etdikdə ortada bank sirlərinin olmasını əsas gətirirlər. Əgər sahibkar bank məlumatlarının açıq şəkildə görünməsini istəmirsə, o zaman banklardan yüksək faizlərlə kreditlər götürməlidir. Yox, əgər dövlətdən güzəştli vəsait istəyirsə, onda prosesin şəffaflığı üçün bu addımlara razı olmalıdır”.

Yusif Səmədzadə

www.yenicag.az

310
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv