!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fermerlərə DÖVLƏT DƏSTƏYİ: “Aqrar sığorta fondunun yaradılmasında məqsəd...” – RƏY

!Reklam – Yazi

“Aqrar sığorta fondunun yaradılmasında məqsəd aqrar problemlərin, yəni hər hansı bir təbbi fəlakətin əkinçiliyə və ya digər aqrar sahələrə mənfi təsiri zamanı dövlət dəstəyini nəzərdə tutur”.

Bu sözləri Aqrar Sığorta Fondunun (ASF) fermer və təsərrüfatlara ümumilikdə 1 milyon 175 min manat ödəniş həyata keçirməsini şərh edərkən iqtisadçı ekspert Asif İbrahimli Yenicag.az-a açıqlamasında deyib.

O, son vaxtlar Azərbaycanda təbiət hadisələri üzündən məhsulda yarana biləcək problemlərin sığortalanması məqsədilə fermerlərə verilən vəsaitlərin artırıldığını bildirib:

“Aqrar sığorta fondunun yaradılmasında məqsəd aqrar problemlərin, yəni hər hansı bir təbii fəlakətin əkinçiliyə və ya digər aqrar sahələrə mənfi təsiri zamanı dövlət dəstəyini nəzərdə tutur. Bununla bağlı müəyyən fəaliyyətlər həyata keçirilir. Lakin son vaxtlar rəqəmlərdə artım müşahidə olunur. Son iki il ərzində havaların isti keçməsi, xüsusilə də yağıntıların həddindən artıq çox düşməsi fermerlərdə müəyyən problemlərə gətirib çıxardı.

Bu fondun başlıca funksiyası belə hadisələrin qarşısını almaq üçün fermerlərin zərərlərini sığortalamaqdır. Fondun 2023-cü ilin ilk 6 ayı ərzində fermer və təsərrüfatlara ümumilikdə 1 milyon 175 min manat ödəniş həyata keçirməsi də bununla bağlıdır. Yəni təbiət hadisələri üzündən məhsulda yarana biləcək problemlərin sığortalanması məqsədilə fermerlərə verilən vəsaitlərin artımı müşahidə olunmağa başlayıb”.

Sadiq Cavadov

www.yenicag.az

342
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv