!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Fermerlərə ödəniş əldə edə bilməsi üçün müəyyən şərait yaradılmalıdır”- RƏY

!Reklam – Yazi

“Fermerlərin regionlarda olan girovları dəyərindən aşağı qiymətləndirilir”.

Bu sözləri AMB-nin ölkədə aqrar sahədə kerdit tələblərinin yumşaldılmasına dair yeni yaradılacaq qaydalara münasibət bildirən iqtisadçı ekspert Eyyub Kərimli Yenicag.az-a açəqlamasında bildirib.


O qeyd edib ki, bu sahə üzrə müəyyən maneələrin aradan qaldırılması lazımdır:

“Bu gün ölkəmizdə 2 fond tərəfindən aqrar kreditlər üçün vəsait ayrılıb. Bu layihə Sahibkarlığın İnkişafı Fondu və Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə həyata keçirilir. Sözügedən kreditlər demək olar ki, dövlət tərəfindən banklara çox aşağı faizlə ayrılır. Banklar isə, həmin krediti təsərrüfatla məşğul olan fermerlərə 5-7 faiz arası həcmində 48-60 ay müddətinə təqdim edir.

Bəzi kreditlər üzrə aylıq faiz ödənişləri dayandırılır. Bu da onunla əlaqədardır ki, fermerlərə ilkin vaxtlarda gəlir əldə edə bilmədiyindən mövsüm zamanı ödəniş vəsaiti əldə edə bilməsi üçün şərait yaradılır. Lakin burada da müəyyən problemlər var.

Əsas problemlərdən biri girov təminatı ilə bağlıdır. Məsələn, fermerlərin regionlarda olan girovları onların istədiyi məbləği ya qarşılaya bilmir, ya da aşağı dəyərdə qiymətləndirilir. Sözsüz ki, bu istiqamətdə risklər nəzərə alınaraq girov təminatının daha uyğun qiymətləndirilməsi fermerlərin bu vəsaitə əlçatanlığını asanlaşdıra bilər.

Digər problemlərdən biri də fermerlərin startap layihələri üçün vəsaitlərin ayrılmaması ilə bağlıdır. Bəs bu nə deməkdir? Tutaq ki, vətəndaşın iri torpaq sahələri mövcuddur və maldarlıq təsərrüfatına başlamaq niyyətindədir. Bu zaman banklar başlanğıc biznesə vəsait ayırmır, yalnız mövcud biznesin genişləndirilməsi və inkişafı üçün vəsait ayırırlar. Bu da yeni biznes sahələrinin yaranmasına mənfi təsir göstərir.

Hesab edirəm ki, fermerlərə bu sahədə lazımi vəsaitin ayrılması təşkil edilməlidir. Həmçinin yaxşı olardı ki, uzunmüddətli kreditlərin ömrü uzadılsın. Çünki bəzi təsərrüfat növləri – bitkiçilik, meyvəçilik kimi sahələr vardır ki, burada məhsulun ərsəyə gəlməsi daha uzun vaxt tələb edir.

Qeyd etmək lazımdır ki, bu gün banklar fermerlərdən öz məhsullarının sığortalanmasını tələb etmir. Bu o deməkdir ki, fermer kredit götürdüyü zaman təbii fəlakət səbəbilə məhsuldarlıq səviyyəsi aşağı düşür. Belə olan təqdirdə fermer müflisləşir və krediti geri ödəmək iqtidarında olmur.

Yaxşı olardı ki, bütün fermerlər qarşısında kredit götürən zaman mütləq şəkildə aqrar sığortaya alınması tələb kimi irəli sürülsün. Bu da onların itirdikləri gəlirlərin sığorta şirkətləri tərəfindən kompensasiya edilməsini təmin edir. Eyni zamanda, fermerlər öz işlərini rəsmiləşdirərək gələcək kreditlərinin əlçatanlığını daha da asanlaşdıra bilər”.

Yusif Səmədzadə

www.yenicag.az

274
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv