!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fermerlərin maraq göstərmədiyi GÜZƏŞTLİ KREDİTLƏR: “Məhsuldan cəmi 1 faiz gəlir götürən sahibkar...”

!Reklam – Yazi

“Aqrar sahədə aparıcı mövqeyə malik ölkələr ənənəvi üsullardan deyil, bio və nano texnologiyaların tətbiqindən geniş istifadə edirlər”.

Bu fikirləri ölkədə aqrar sektorun inkişafı üçün zəruri olan addımları dəyərləndirən iqtisadçı Aslan Əzimzadə Yenicag.az-a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, müəyyən bölgələrimizdə suvarma ilə bağlı çətinliklər yaşandığı halda, bəzi ərazilərdə su bolluğu müşahidə edilsə də, bundan effektli istifadə edilmir :

“Təbii ki, bu gün kənd təsərrüfatı sektoru qeyri-neft sektorunun önəmli istiqamətlərindən biridir. Bu sahə həm ölkənin ərzaq təhlükəsizliyini təmin etmək, həm də ixracın şaxələndirilməsi baxımından, əhəmiyyətlidir. Sözügedən sahə üzrə ənənəvi bazarlardan biri də məhz Rusiyadır. Bu bazar çox geniş olduğu üçün orada Azərbaycan məhsullarına ehtiyac duyulur.

Aqrar sahənin növbəti illərdə inkişafı üçün müəyyən addımların atılması zəruridir. Faktiki olaraq, bu gün adıçəkilən sektor ciddi şəkildə vergi öhdəliyindən azaddır. Lakin bu potensialdan istənilən səviyyədə istifadə olunduğunu görmürük. Bunun səbəbləri sırasında müəyyən sahibkarların və kənd təsərrüfatı subyektlərinin torpaqdan səmərəli istifadə edə bilməmələrini vurğulamaq mümkündür. Bu da növbəti illərdə məhsuldarlığın aşağı düşməsilə nəticələnir.

Müəyyən bölgələrimizdə suvarma ilə bağlı çətinliklər yaşandığı halda, bəzi ərazilərdə su bolluğu müşahidə edilsə də, bundan effektli istifadə edilmir. Təbii ki, problemdən əsas çıxış yolu bu sahəyə investisiyaların yatırılmasıdır. Çünki bu gün aqrar sahədə aparıcı mövqeyə malik ölkələr ənənəvi üsullardan deyil, bio və nano texnologiyaların tətbiqindən geniş istifadə edirlər. Bu da həmin sahədə məhsuldarlığı əhəmiyyətli dərəcədə artırır. Bio və nano texnologiyaların tətbiqi üçün birbaşa xarici və ya daxili investisiyaların yatırılması lazımdır.

Hazırda kommersiya bankları sahibkarlara 4-6 faizlə güzəştli kredit təklif edirlər. Lakin bu gün həmin sektorda rentabelliyi cəmi 1 faiz olduğu üçün sahibkarlar həmin kredit təkliflərinə maraq göstərmirlər. Bu səbəbdən də düşünürəm ki, kənd təsərrüfatının inkişafı üçün sahibkarlara 0-1 faizlə kredit verə biləcək xüsusi investisiya bankı formalaşdırılmalıdır. Belə olan halda ölkənin zəngin kənd təsərrüfatı potensialından faydalana bilərik”.

Yusif Səmədzadə

www.yenicag.az

279
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv